SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda Tarif Şurasına yeni səlahiyyət verildi

Azərbaycanda Tarif Şurasına yeni səlahiyyət verildi

Tarix:

29-03-2017, 09:49

/ 1 575 dəfə oxundu.
Azərbaycanda Tarif Şurasına yeni səlahiyyət verildi

Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na dəyişiklik edib.

Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyətin verilməsi ilə bağlıdır. Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək.

Şərhlər

XƏBƏR LENTİ