SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR

Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR

Tarix:

27-03-2017, 15:31

/ 2 149 dəfə oxundu.
Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR

Sakinlər Gəncər Şəhər İcra Hakimiyyətindən şikayətçidirlər. Sakinlər bildirirlər ki, bu günlərdə icra hakimiyyəti tərəfindən Xan bağının nəzdində olan “Cırtdan” parkının ərazisində olan qiymətli çinar, küknar və digər ağaclarının əvvəlcə qol-budağı budanıb, aradan bir gün keçəndən sonra isə onları kökündən kəsiblər.
Bu barədə Gəncə şəhər sakini məlumat verib. O ərazidə kəsilmiş ağacların və onların yerlərinin şəkillərinin çəkib bizə göndərib.
“2012-ci ildə parkın ərazisində Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimi oldu. Artıq bina hazırdır. Aprel ayında açılışı olacağı gözlənilir. Yəni ağacların kəsilməsinin bununla əlaqəsi yoxdur. O ağaclar heç kimə və heç nəyə manesi yoxdur. Yaşıl ağaclarıdır. Onların əksəriyyəti gecə saatlarında kəsilir. Kəsilmiş ağacların çoxusunu gecə vaxtı kran vasitəsi ilə yük maşınlarına qoyub ərazidən uzaqlaşdırıblar. Əsas işlər gecə vaxtı görülür ki bilinməsin. Sonradan həmin ağacların yerinə palma və başqa gic-gic ağaclar əkib deyəcəklər ki burda ağac yox idi. Yeni yaşıllıq salınıb”,-deyə Gəncə sakini qiymətli ağacların kəsilməsindən gileylənib.

bizimyol


Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR
Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR
Xan bağının qiymətli ağacları kəsilib - VİDEO + FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ