SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar

Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar

Tarix:

27-03-2017, 14:28

/ 1 885 dəfə oxundu.
Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar

Gəncədə aparılan abadlıq işləri kiçik sahibkarların fəaliyyətini dayandırmağa səbəb olub
Məlumata görə, Gəncənin mərkəzində, Atatürk prospektində aparılan abadlıq işləri sürətləndirilib.
Xan Bağının ətrafında və qarşısında yerləşən ərazidə yeni obyektlər tikilir. Mövcud olan ticarət subyektlərinin bəzisi isə ya bağlanıb, yaxud da sahibkarlara obyektlərində əsaslı təmir işləri aparmaq qəti şərt kimi qoyulub.
Onlardan biri – kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azər İbrahimovun işlətdiyi çayxana bağlanıb. A. İbrahimovun çayxanası öz şəxsi evində fəaliyyət göstərirdi.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin tikintilərə nəzarət üzrə qeyri-qanuni nümayəndəsi Məharət Mustafayev sahibkar Azər İbrahimovun evinin qarşısında olan su hovuzunu və əkilən gül kollarını məhv etdirib.
Heç bir əsas göstərmədən illərdir işləyən ticarət obyektinin bağlanması sahibkarın narazılığına səbəb olub. Azər İbrahimovun irad və şikayətlərinə isə heç bir dövlət qurumu reaksiya vermir.

24saat.org
Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar
Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar
Elmar Vəliyevin sahibkarın obyektini dağıtdırıb – Fotolar

Şərhlər

XƏBƏR LENTİ