SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Meyvəli”dəki zəhərlənmədə Məlikov izi…?

"Meyvəli”dəki zəhərlənmədə Məlikov izi…?

Tarix:

19-07-2019, 13:24

/ 789 dəfə oxundu.
"Meyvəli”dəki zəhərlənmədə Məlikov izi…?

Ötən gün Qaradağ rayonunda yerləşən hamının Meyvəli bazarı kimi tanıdığı “Meyvəli” Logistika Mərkəzində zəhərlənmə hadisəsi baş verdi. Hadisə nəticəsində ümumilikdə, 5 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparıldı. Bəlli oldu ki, onlar yumurtadan zəhərləniblər.
Umumiyyətlə, son günlər ölkədə yumurta satışında ciddi problemin olması barədə ciddi siqnallar var. Dəfələrlə edilən müraciətlərdə “Meyvəli” Logistika Mərkəzinə gətirilən və satış üçün paylanan yumurtalarda ciddi problemlər olduğu deyilir.
Redaksiyamıza daxil olan məlumata görə, dünəndən Qida Təhlükəsizliyi Agentliyinin xüsusi komandası “Meyvəli”də araşdırmalara başlayıb. Mərkəzin rəhbər şəxslərinin ifadələri alınıb, ciddi araşdırma aparılır.
Elə isə “Meyvəli” Logistika Mərkəzi kimindir? Bu bazarda antisanitariya qaydalarına və məhsullara kim nəzarət edir? Xarici ölkədən gətirilən yumurtaları kimlər yoxlayır? Nədən ölkəyə yararlı yuurtalar gətirilmir.
Məlumata görə, “Meyvəli” Logistika Mərkəzinə ölkədə gömrük monopöolisti kimi tanınan Əbülfəz Məlikov nəzarət edir. Ölkəyə qanunsuz və yararsız qida məhsullarının gətirilməsində bir başa iştirak etdiyi üçün dəfələrlə saxlanılsa da hər dəfə vəziyyətdən çıxa bilmişdi.
Məlumata görə, dünən baş verən hadisəyə görə, Məlikov bərk narahat olub və bütün işlərin nizama salınması barədə ciddi göstəriş verib. Məlumata görə, hətta onu baş vermiş hadisə ilə bağlı yuxarı instansiyalara da çağırıblar.

bizimxeber.az

Şərhlər

XƏBƏR LENTİ