SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xırdalanda su problemi...

Xırdalanda su problemi...

Tarix:

18-07-2019, 13:02

/ 1 687 dəfə oxundu.
Xırdalanda su problemi...

Abşeron rayonunda əhaliyə suyun verilməsində problem yaranıb.

“Qafqazinfo”ya müraciət edən Xırdalan şəhər sakinləri bildiriblər ki, 4 gündür əhaliyə su verilmir.

“Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda Xırdalanda, hadisə yerindədir: “Su xəttinin kranı xarab olmuşdu deyə su yaxşı buraxılmırdı. Əhaliyə su verilirdi, sadəcə təzyiq aşağı olduğu üçün bəzi kənar yerlərə gedib çatmırdı. Hazırda işlər gedir, bu gündən suyun verilməsi normal qaydada davam edəcək. Bu problemin yaranması 4 gün deyil, dünəndən belə olub”.

Şərhlər

XƏBƏR LENTİ