XalqXəbər.Az

Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

yüklənir...
Cari il ərzində Gəncədə Təlim-Tədris  Mərkəzi istifadəyə veriləcək
17-07-2019, 16:19
yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğullluq Xidmətinin peşə tədrisi mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində cari ilin ikinci yarısında Gəncə şəhərində publik hüquqi şəxs statuslu Təlim Tədris Mərkəzi istifadəyə veriləcək.
Mərkəzdə azı 20 peşə/ixtisas üzrə təlim və treninqlər təşkil olunacaq. Tədris olunacaq peşə/ixtisaslar əmək bazarının tələbləri əsasında təyin ediləcək. Belə ki, hansı sahələr üzrə işçi qüvvəsi çatışmazlığı müşahidə olunursa, həmin sahələr üzrə yeni əmək resurslarının hazırlanması məqsədilə kursların təşkilinə üstünlük veriləcək.
Məqsəd işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun ixtisas və peşələrə yiyələnmələrinə, nəticə etibarilə onların əmək bazarına çıxışına dəstək göstərməkdir.
Xatırladaq ki, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən edilən hədəflər sırasında 2019–2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da yer alıb. Hazırda Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.