SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şabran və Xaçmaz sakinlərinin nəzərinə

Şabran və Xaçmaz sakinlərinin nəzərinə

Tarix:

17-07-2019, 16:03

/ 986 dəfə oxundu.
Şabran və Xaçmaz sakinlərinin nəzərinə

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 26-da saat 10:00-da Şabran rayon prokurorluğunun inzibati binasında Şabran və Xaçmaz rayon sakinlərinin qəbulunu keçirəcək.

Daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ