SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəkidəki qəzada yaralanan gəncə qarşı biganəlik

Şəkidəki qəzada yaralanan gəncə qarşı biganəlik

Tarix:

15-07-2019, 18:04

/ 826 dəfə oxundu.
Şəkidəki qəzada yaralanan gəncə qarşı biganəlik

Səhiyyə Nazirliyi ötən gün Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarına biganə yanaşmaqda ittiham edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Qarabağ FK"nın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sosial şəbəkə hesabında yazıb. N.İbrahimov hadisə zamanı ağır xəsarət alan idman jurnalisti, "Qəbələ FK"nın əməkdaşı İlkin Məmmədova göstərilən tibbi xidmətdən narazılıq edib. Onun sözlərinə görə, bədbəxt hadisə zamanı yaralanan 3 Suriya vətəndaşı daha yüngül zədə almalarına baxmayaraq özəl xəstəxanaya aparılıb, lakin ağır vəziyyətdə helikopterlə təcili Bakıya gətirilən İ.Məmmədov isə "Semaşko"da saxlanılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi baş verən hadisənin detalları barədə yanlış məlumat yaymaqla da diqqət çəkib. İlkin Məmmədov ağır kəllə-beyin travması alıb və sol ayağı sınıb, lakin nazirlik jurnalistin sağ ayağının sındığını bildirib.
Şəkidəki qəzada yaralanan gəncə qarşı biganəlik
Şəkidəki qəzada yaralanan gəncə qarşı biganəlik

Şərhlər

XƏBƏR LENTİ