SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi

Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi

Tarix:

9-07-2019, 18:14

/ 2 821 dəfə oxundu.
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova Kənan Orucəliyev tərəfindən müraciət:

DİN-nin Xəzər RMİ-nin polis nəfəri polis baş serjantı Dübəndi neft terminalıda işləyən Ramiz Rüstəmov özbaşınalığı barəsində tədbir görəsiniz. Belə ki, R. Rüstəmov mühafizə polisi işləməsinə baxmayaraq işlədiyim Azərsun Holdinqin tərkibində olan Xəzər Mühafizə və Təhükəsizlik Xidməti A”MMC-nin 6 saylı obyektinin qeyri-qanuni olaraq sahə rəisi işlədiyindən hər gün bizə təlimatı məhz Ramiz Rüstəmov keçir. Təlimat zamanı nəlayiq sözlərlə bizi təhqir etdiyinə görə, mən ona etiraz etdim. Bundan sonra məni və mənim şahidimi Dübəndi neft terminalından uzaqlaşdırıb və işimdə problemlər yaradır. Məhkəmdə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti A”MMC-nin mənlə birlikdə beş əməkdaşı bunu təsdiq etdi ki, Ramiz Rüstəmov bizə sahə rəisi kimi düzülüş və təlimat keçir və bizi təhqir edib. Qətnamədə bu qeyd olunub. Buna sübut olaraq əlavə dəlilləri təqdim edirəm.
1. Xəzər Mühafizə və Təhükəsizlik Xidməti A”MMC-nin əməkdaşlarının istirahət vaxtlarının cədvəlində Ramiz Rüstəmov öz imzası ilə sahə rəisi olmasını təsdiq edir. (şəkil 1)
2. Özəl şirkət əməkdaşının sənədləşməsini edir.
3. 6 saylı obyektin postlarının polisə bağlılığı yoxdur. Ancaq Ramiz Rüstəmov polis işləməsinə baxmayaraq 6 saylı obyektin bütün postlarını hər gün yoxlayır və Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti A”MMC-yə aid olan postlarda olan jurnallara yoxlama etməsi ilə bağlı 10 ildir ki, qeydlər edib imza çəkir. (şəkil 2)
4. Bizə yəni Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti A”MMC-nin əməkdaşlarına təlimat keçən zaman “peysər” və digər alçaldıcı sözlərlə bizi təhqir etmiş mən buna etik qaydada etiraz etməyimə baxmayaraq R.Rüstəmov həmin sözləri yenidən təkrarladı və məni oradan uzaqlaşdırdı. Bundan sonra mən məhkəməyə müraciət etmişəm. Həmin adı gedən şirkətin düzülüşdə olan mənimlə birgə 5 əməkdaşları şahid qismində bunu təsdiq edib ki, R. Rüstəmov bizə düzülüş keçib və bizi təhqir edib. Mən bu təhqirlərə etik qaydada etiraz etdiyim üçün məni və şahidimi Dübəndi Neft terminalından uzaqlaşdırıb işimdə həddən artıq problemlər yaradıb. Onu da bildirim ki, mən 2010 –cu ildən Azərsun Holdinqin tərkibində olan Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti A”MMC-nin əməkdaşıyam hələ bu hadisəyə qədər indiyə kimi şirkətlə bağlı töhmətim və problemim olmayıb, əksinə hər zaman şirkətlə bağlı müsbət fikirlərim olub.
5. Ramiz Rüstəmovun Dübəndi neft terminalında mühafizə polisi olmasına baxmayaraq security formasında olan şəklini təqdim edirəm.
R.Rüstəmov bu etdikləri azmış kimi utanmadan prakrorluğa izahatında bildirib ki, Kənan birinci postun yaxınlığında nəlayiq sözlər işlətdiyindən mən ona etiraz etmişəm. Ramiz Rüstəmov utanmadan məni şərləməyindən də qalmır. Onu bildirim ki, işlədiyim idarədə yəni Azərsun Holdinqdə üzləşdirmə zamanı R.Rüstəmov etiraf etdi ki, Kənan söyüş və heç bir nəlayiq söz işlətməyib, mən yalan demişəm.

xalqxeber.az

Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi
Vətəndaş Daxili İşlər Nazirinə müraciət etdi

Şərhlər

XƏBƏR LENTİ