SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar

Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar

Tarix:

9-07-2019, 09:45

/ 986 dəfə oxundu.
Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Yeni Sabah” xəbər verir ki, görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub.

Görüş zamanı Azərbaycan bayrağı ilə bağlı tez-tez təkrarlanan hal baş verib. Nazirin qarşısına qoyulan bayrağımız yenə də baş-ayaq olub və yaşıl rəng yuxarıda olub.

Tədbirdə iştirak edən onlarla şəxs, dövlət rəsmilərinin heç biri bunu görməyib. Nə bilmək olar, bəlkə də görüblər, amma bayraqda rənglərin düzülüş qaydasını bilmirlər.

Nazirin bu diqqətsizliyi sosial şəbəklərdə tənqid edilib və hər zaman edilən taktikadan istifadə olunub. Foto özü baş-ayaq çevlrilərək paylaşılıb: “Nazir tərs dayansa da olar, əsas odur bayrağımız düz dayansın”.
Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar
Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar
Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar
Nazir bayrağı baş-ayaq qoydu, qalmaqal yarandı – Fotolar

Şərhlər

XƏBƏR LENTİ