SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yaralı əsgərimiz vəfat etdi

Yaralı əsgərimiz vəfat etdi

Tarix:

20-06-2019, 14:18

/ 936 dəfə oxundu.
Yaralı əsgərimiz vəfat etdi

Azərbaycan ordusu əsgərini itirib.
İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Elnur Əsgərzadə hospitalda dünyasını dəyişib.

O, iyunun 7-də xidmət etdiyi Murovdağ istiqamətində başından güllə yarası alaraq Gəncə şəhərində hospitala yerləşdirilimişdi. On gün komada qalan E.Əsgərzadənin həyatını həkimlər xilas edə bilməyib. O, dünən hospitalda keçinib.

E.Əsgərzadənin hansı şəraitdə güllə yarası alması məlum deyil. Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı hər hansı açıqlama verməyib. Məsələ ilə bağlı Hərbi Prokurorluqdan da məlumat almaq mümkün olmadı.

Criminal.az

Şərhlər

XƏBƏR LENTİ