SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT

Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT

Tarix:

19-06-2019, 15:14

/ 1 576 dəfə oxundu.
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT

Uzun müddədir aidiyyatı qurumların qanunsuz əməllərinə göz yumduğu xəstəxana direktoru Ali məhkəmənin qərarına qarşı çıxdı.

Mingəçevir Şəhər Mərkəzi Xəsətəxanasının Publik hüquqi şəxsi-direktoru Könül Ələkbərovun heç bir çərçivəyə sığmayan qanunsuz və özbaşına əməlləri davam edir.Demək olar ki,adıçəkilən xəstəxanada hər gün müşahidə olunan müxtəlif səpkli qalmaqallara və qanunsuz əməllərə 18 iyun 2019-cu il tarixdə bir də əlavə olunub.
Belə ki,uzun məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2019-cu il tarixli qərarı ilə qanunsuz olaraq çıxarıldığı əvvəlki işinə bərpa olunan və 21 may 2019-cu il tarixdən Terapiya şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlayan Tibb elmlər doktoru Novruz Həsənov vəzifəsindən azad olunub.Bu addımı ilə bir daha heç bir qanunla və heç kimlə hesablaşmadığını göstərən xəstəxana direktoru Könül Ələkbərov bu günə onun əməlləri haqqında mətbuatda yazılanları təsdiqləmiş oldu. Saxta və qondarma sənədlər hazırlatmaqla qanunsuz əməllərinə hüquqi don geyindirmək istəyən Könül Ələkbərov əslində öz iç üzünü və qərəzli xislətini çılpaqlığı ilə ortaya qoymuş oldu.Bu xislətin təsdiqi isə şəhərin yeganə Tibb elmlər dokturunu məhz Tibb işçilərinin peşə bayramı günü işdən qanunsuz azad etməsidir.
Qeyd edək ki,hüquqları kobud şəkildə pozulmuş t.e.d.Novruz Həsənov iyunun əvəllərindən ona qarşı başladılmış çirkin kampaniya barəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısına,şəhər prokuroruna və Dövlət Təhlükəsilzik Xidmətinin Mingəçevir şəhər şöbəsinə rəsmi müraciət edib.Ancaq maraqlıdır ki,bütün bunları bildiyi halda Könül Ələkbərov yenə də öz qərəzli addımlarından çəkinməyib.Belə olan halda suallar yaranır:Əcaba,bu özbaşına direktorun arxasında hansı “əl” və ya “əllər”dayanır?Yoxsa,bu adam qanunun nə olduğunu dərk edə biləcək normal düşüncəyə malik deyil?

Xəstəxana direktoru Könül Ələkbərovun saxta,qərəzli və özününtəkzib edən sənədlərinin bir hissəsini təqdim edirik.Eyni tarixdə yazdığı və Həmkarların sədrinə göndərdiyi iki məktub…Hər iki məktubun son cümlələrinə diqqət edin!
İndi təqdim etdiklərimiz Könül Ələkbərovun qanunsuz əməllərinin sadəcə cüzi bir hissəsidir.Bu günlərdə onun qanunsuzluqlarını və qərəzli şəxsi ambisiyalarını təsdiq edən xeyli sayda sənədləri,faktları,açıqlamaları,o cümlədən səs yazılarını aidiyyatı qurumların və oxucuların diqqətinə çatdıracağıq.Odur ki,bizi izləməkdə davam edin…

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Mingəçevir xəstəxanasının mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT
Direktor Ali məhkəmənin qərarına qarşı çıxdı-RƏZALƏT

Şərhlər

XƏBƏR LENTİ