SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır

“Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır

Tarix:

18-06-2019, 11:14

/ 1 079 dəfə oxundu.
“Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır

Ökənin enerji sistemində böyük problemlər olmasına baxmayaraq, “Azərenerji”ASC rəhbərliyi bu problemlərin həllinə yaşıl işıq yandırmaq əvəzinə paytaxtın yaşıllıqlarına və piyada səkilərinə qənim kəsilir

Nəsimi rayonu ərazisində növbəti ağac qətliamına və el yolunun bağlanmasına na imza atılır. Dəfələrlə ən üst səviyyədə belə hallara qarşı sərt tədbirlər görülməsinə, günahkarların cəzalandırılmasına baxmayaraq yenə də yaşıllıq qənimləri iş başındadırlar. Özü də paytaxtın ən gur hərəkət olan ərazisində,insanların sıx yaşadığı bir yerdə. Boya-başa çatması üçün illərlə əmək sərf edilən qiymətli ağaclar hansısa məmurun cılız ambisiyalarına qurban verilir,paytaxtın ekosisteminə ağır zərbə vurulur.
Rubrika.az saytı bildirir ki, Nəsimi rayonu ərazisində Xan Şuşinski küçəsi 51 ünvanı kəsişməsində hərəkətin sıx olduğu bir ərazidə düz piyada səkisinin üzərində tikinti işləri aparılır və qiymətli ağac növləri kəsilərək məhv edilir piyada səkisində qanunsuz olaraq tikinti işləri aparılır. Hadisə barədə məlumat alan kimi dərhal əraziyə gedərək vəziyyətlə yerindəcə maraqlandıq. Həqiqətən mənzərə çox acınacaqlı və ürək ağrıdıcı idi. Piyada səkisinin üzərində hərəkət məhdudlaşdırılmışdır. Özünü mühəndis kimi təqdim edən Azər adlı şəxs tikinti işlərinin “Azərişıq” ASC tərəfindən aparıldığını bildirdi.
Xatırladaq ki, “Azərenerji” tərəfindən yaşıllıqlara divan tutulması halı birinci dəfə deyil ki, müşahidə olunur. 23 aprel tarixində saytımızda “Binəqədi rayonunda “zeytunluq qətliamı” adlı yazı dərc olunub. Yazıda göstərilir ki, rayonun 6-cı mikrorayon ərazisinin qərb hissəsində Zeytunluq adlanan yerdə ağacların kütləvi kəsilməsi halları müşahidə edilir. Apardığımız araşdırma nəticəsində məlum oldu ki,ağacların kütləvi şəkildə kəsilməsi işləri məhz “Azərenerji” ASC tərəfindən həyata keçirilir. Göründüyü kimi son zamanlar paytaxtın müxtəlif ərazilərində aparılan “yaşıl soyqırımlar” məhz “Azərenerji”ASC tərəfindən reallaşdırılır. Deyəsən energetiklərimiz yaşıllıqlara qarşı səbəbi bilinməyən savaş açıblar. Görünür “Azərişıq” ASC sədri vəzifəsini icra edən Vüqar Əhmədov elə zənn edir ki, yaşıllıq olmasa da olar,əsas odur ki, öz maraqlarını həyata keçirə bilsinlər. Belə olmasaydı paytaxtın müxtəlif yerlərində yaşıllıqları kəsərək tikinti işləri aparılmasına rəvac verməzdilər. Maraqlıdır ki, ölkənin enerji sistemində böyük problemlər olmasına baxmayaraq, “Azərenerji”ASC rəhbərliyi bu problemlərin həllnə yaşıl işıq yandırmaq əvəzinə paytaxtın yaşıllıqlarına qənim kəsilir. Müxtəlif ərazilərdə həyata keçirilən bu yaşıl soyqırımın əsl mahiyyəti bizə məlum olmasa da bunun mənfi nəticələrinin hələ uzun müddət aradan qaldırmağın mümkünsüzlüyü gün kimi aydındır.
Yaranmış böhranlı vəziyyətlə əlaqədar ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanıma müraciət edirik. Hər il müxtəlif ərazilərdə yüz minlərlə ağacın əkilməsi, meşə zolaqlarının salınması sizin qayğınızın nəticəsidir. Amma bəzi məmurlar bir zamanlar ümummilli liderin hakimiyyəti dövründə əkilən və paytaxtımızın ayrılmaz atributuna çevrilən ağaclara qarşı düşməncəsinə davranırlar. Konkret olaraq “Azərenerji” ASC rəhbərliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikinti aparılması adıyla ağaclara divan tutulur. Bakının ekosisteminə sağalmaz yaralar vuran bu hərəkətlərə tezliklə son qoyulmazsa və günahkarlar layiqli cəzalarını almazlarsa yaşıl soyqırımların fəsadları uzun müddət hiss ediləcəkdir. İnanırıq ki, sizin müdaxiləniz bu dəhşətli əməllərə son qoyacaqdır!

Rubrika.Az
“Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır
“Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır
“Azərenerji” ASC paytaxtın piyada səkilərində qanunsuz tikinti aparır

Şərhlər

XƏBƏR LENTİ