SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

Tarix:

15-06-2019, 14:58

/ 1 034 dəfə oxundu.
Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş  inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 100 illiyinin qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda təşkil edilmiş inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva və Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva da iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanın BƏT-lə geniş əməkdaşlıq gündəliyinin mövcud olduğunu, BƏT-in 100 illik yubileyinin ölkəmizdə də qeyd edildiyini diqqətə çatdırıb. O, bildirib ki, bununla əlaqədar nazirliyin müvafiq tədbirlər Planı üzrə keçirilən tədbirlərdən biri kimi, Bakının Binəqədi rayonundakı Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-liseyin və Səbail rayonundakı Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin yuxarı siniflərinin şagirdləri arasında “Əməyin gələcəyi” mövzusunda inşa müsabiqəsi təşkil olunub. Müsabiqənin mövzusu da BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq müəyyən edilib.
M.Kərimli qeyd edib ki, müsabiqə yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan gənclərin diqqətinin əmək sahəsinə yönəldilməsi, onların əmək bazarında gedən proseslər, gələcək karyeraları, hansı peşələrə, ixtisaslara yiyələnmək istəkləri və s. barədə düşüncələrini ifadə etmələri məqsədini daşıyıb. Əvvəlcədən iştirakçılara əmək bazarında mövcud meyllər, iqtisadiyyatda innovativ yanaşmaların, müasir texnologiyaların tətbiqinin getdikcə genişlənməsi, habelə qeyri-neft sektorunun inkişafı şəraitində əmək bazarında peşə və ixtisaslara olan tələblərlə bağlı məlumatlar verilib. 70-ə yaxın şagirdin könüllülük prinsipi əsasında iştirak etdikləri müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən artıq müəyyən edilib.
Q.İsaqzai və Y.Həmzəyev çıxış edərək, belə bir müsabiqənin keçirilməsinin gənclərin diqqətinin əmək bazarında baş verən proseslərə diqqətinin artırılması, onların öz gələcək karyeraları barədə daha aydın və məqsədyönlü planlar düşünmələri baxımından faydalı olduğunu qeyd ediblər.
Tədbirdə digər çıxış edənlər müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıblar.
Sonra 6 qalibə - I yeri tutmuş bir nəfərə, II yeri tutmuş iki nəfərə və III yeri tutmuş üç nəfərə diplom və hədiyyələr, həmçinin müsabiqənin daha 5 iştirakçısına həvəsləndirici mükafatlar təqdim edilib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş  inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş  inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Şagirdlər arasında “Əməyin gələcəyi” mövzusunda keçirilmiş  inşa müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib

Şərhlər

XƏBƏR LENTİ