SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib

“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib

Tarix:

12-06-2019, 15:42

/ 697 dəfə oxundu.
“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramı cari ilin aprel ayında start götürüb. Ötən dövrdə proqrama artıq 614 nəfər gənc cəlb edilib. Hazırda işəgötürənlər tərəfindən həmin gənclər arasından müvafiq peşə-ixtisas bacarıqları üzrə namizədlərin seçimi aparılır. Müsbət haldır ki, proqrama qoşulmaq istəyən işəgötürənlərin də sayı artır.
Bu barədə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun layihəyə qoşulmaq istəyən şirkətlərin nümayəndələri ilə keçirdikləri görüşdə bildirilib.
Görüşdə proqram barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, layihə ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunlarının  işə cəlb olunmasını, müəyyən müddət ərzində onların əmək haqlarının bir  qisminin Fond tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur. Proqramın icrası zamanı  sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük verilir.
Yaxın günlərdə Gənclər Fondu tərəfindən “Gənclərin Məşğulluğu” proqramının icrası çərçivəsində “CV bankı” da yaradılacaq. Bununla da işəgötürənlər layihəyə müraciət edən gənclər arasından onlara lazım olan peşə-ixtisas bacarıqlarına malik gəncləri daha rahat şəkildə seçə biləcəklər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib
“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib
“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib

Şərhlər

XƏBƏR LENTİ