SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vəkillər Kollegiyasının üzvü hansı addımına görə ittiham olunur?

Vəkillər Kollegiyasının üzvü hansı addımına görə ittiham olunur?

Tarix:

10-06-2019, 18:04

/ 946 dəfə oxundu.
Vəkillər Kollegiyasının üzvü hansı addımına görə ittiham olunur?

Təqribən on-onbeş gün bundan öncə Gündemxeber.az saytının redaksiyasına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev-10 ünvanda yaşayan Səfərli Sevinc Ramiz qızı tərəfindən şikayət ərizəsi daxil olub.

Şikayətçi xanım yazmış olduğu ərizəsində qeyd edir ki, “mən 2019-cu ilin fevral ayında Şirvan Apelliyasiya Məhkəməsində mülki iş üzrə hüquqlarımın müdafiəsinin təmin olunması məqsədilə, Şirvan şəhərində fəaliyyət göstərən hüquq məsləhətxanasının rəhbəri, həmçinin Vəkillər Kollegiyasının üzvü Mirzəyev Ruslan Soltanağa oğlu adlı şəxslə müqavilə bağladım və ona ilk əvvəl 300 AZN pul verdim. Biz bu məsələdə ümumi razılığa gəlsək də, az sonra o, üzərinə düşən öhdəliklərdən heç birini yerinə yetirmədi. Belə ki, Ruslan Mirzəyev mənə orderin qəbzini təqdim etmədi, heç bir ərizə və xahiş etdiyim vəsatəti yazmadı, onu məhkəmə prosesində qaldırmadı, iş materiallarını öyrənmədən prosesə çıxdı və proses zamanı heç bir əsaslandırılmış çıxışlar etmədi. Ruslan Mirzəyevin belə bir addımlar atması haqda ona bir neçə sual verib cavab əldə etmək istəsəm də, o, bu gün də məndən yayınır və ona etdiyim telefon zənglərimin heç birinə cavab vermir”. Baxmayaraq ki, vəkillərin davranış qaydaları haqqında qəbul olunmuş ƏSASNAMƏNİN 2.1-ci hissəsində qeyd olunub ki, Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkilin tam şəkildə müstəqil olması əsas şərtdir. Vəkil onun müstəqilliyinə xələl gətirə biləcək bütün 4 hərəkətlərdən çəkinməli və öz peşəsinin nüfuzunu digər maraqlardan üstün tutmalıdır. 2.2-ci hissəsində isə qeyd olunub ki, Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün, digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. ƏSASNAMƏNİN 2.3-cü hissəsində də qeyd olunur ki, Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində, həmçinin yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır.

Səfərli Sevinc Ramiz qızının şikayət ərizəsində qeyd etdiklərinə əsaslanıb onu vurğulamaq istəyirik ki, . Ruslan Mirzəyev keçirilən məhkəmə proseslərində üzərində düşən vəzifə borcunu lazımınca yerinə yetirmir və bu yöndə heç bir addımını da atmır. Hətta, o, Sevinc xanımın ona verdiyim 300 AZN pulu da geri qaytarmır. Bu da vəkillərin davranış qaydaları haqqında qəbul olunmuş ƏSASNAMƏNİN bütün tələblərinin tapdaqlar altına atılması demək olur.

Qarşı tərəfində mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.

Gundemxeber.Az

Şərhlər

XƏBƏR LENTİ