SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Tarix:

10-06-2019, 13:14

/ 893 dəfə oxundu.
Sabah 38 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 11-12-də meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ