SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır

Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır

Tarix:

10-06-2019, 11:50

/ 1 306 dəfə oxundu.
Naftalan Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşır

Əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulması Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.
Müəssisə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaqdadır və Mərkəz yaxın aylarda istifadəyə veriləcək.
Burada əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.


AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ