SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... - FOTO

Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... - FOTO

Tarix:

27-05-2019, 13:13

/ 1 113 dəfə oxundu.
Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... - FOTO

Paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birində baş vermiş qeyri-adi vəziyyət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, insident Bakıda, Nizami rayonu K.Balakişiyev küçəsi-2404-də yerləşən “Lukoyl”un yanacaqdoldurma məntəqəsində (YDM 9) qeydə alınıb.

Paytaxt sakini T.Sadıqovun sözlərinə görə, yanacaqdoldurma məntəqəsində onun BMV X5 markalı avtomobilinə yanacaq çəninin tutumundan daha çox yanacaq doldurulub.

Belə ki, BMV çəni maksimum 92-93 litr həcminə sahib olsa da, məntəqədən təqdim olunan qəbzdə avtomobilin çəninə demək olar ki, 100 litr benzin doldurulduğu qeyd olunub.
Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... - FOTO

Şərhlər

XƏBƏR LENTİ