SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!

“Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!

Tarix:

26-05-2019, 16:18

/ 1 124 dəfə oxundu.
“Nar”dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!

Ölkənin ən gənc mobil operatoru “Nar”, paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir.

“Nar” abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq.

“Nar” tərəfindən keçirilən bu müsabiqədə digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Futbol tarixi, məşhur klublar, futbolçularun karyerası və digər maraqlı sualların hamısına düzgün cavab verən bütün “Nar” abunəçiləri 100 şəbəkədaxili dəqiqə hədiyyə qazanacaq.

Nəticələr 27 mayda elan olunacaq, 29 mayda isə qazandıqları bonus dəqiqələr onların balansına əlavə ediləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək mümkündür:

htm]https://www.nar.az/promo/29may-football.htm

Şərhlər

XƏBƏR LENTİ