XalqXəbər.Az

Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”

yüklənir...
Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”
23-05-2019, 23:59
yüklənir...

“Qaçqınkom” sədri R.Rzayevin fəaliyyətinin 365 günü tamamdır. Bu müddətdə nələr dəyişib – kimisi intihar qalxır, kimisi mənzil növbəsinə dura bilmir, kimisinin müraciətinə baxılmır, kimiləri də Salmanov Canəli kimi zirzəmidə zülm çəkir – uçuq bina, ilanlar böçəklər məskunlaşan nəmişli kiflənmiş divarlar, köçkünləri eşitməyən komitə…
R.Rzayev isə vədinə əməl etmir, Qubadlı qaçqını evinə köçürülmür. Bu bir il ərzində “Qaçqınkom” şefi iki əməli ilə yadda qalıb: Ə.Həsənovdan qalan problemləri həll etməməsi və özünə 180 minlik “BMV” alıb sürməsi…
Prezident R.Rzayevi bu vəzifəyə təyin etməmişdi ki, özünə “BMV” alsın, təyin eləmişdi ki, 1 milyon yurd-yuvasından didərgin düşmüş vətəndaşımızın dərdlərinə şərik çıxsın.
Reportyor.info -ya müraciət edən məcburi köçkün Salmanov Canəlinin dərdinə isə şərik çıxan yoxdur.Şikayyəçi bildirir ki, dəfələrlə komitəyə müraciət edib. Rövşən Rzayevin qəbulunda olanda bldirdi ki, təcili evimi versinlər.Amma, nə fayda artıq komitənin yollarında ağac olmuşam.Bezib usanmışam ,himayəmdə azyaşlı xəstə uşaqlarım, həyat yoldaşım, hələ gəl bu kiflənmiş zirzəmidə yaşamaq…

Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır.Lakin, aşağı təbəqəli məmurlar bizi incdir ,sanki bizi hakmiyyətə qarşı qaldırmağa fürsət axtarır.
Bezmişəm ,yorulmuşam
Artıq qapılardan qovuluram sual edirəm hörmətli sədr özünüz gəlib bir saat burada yaşaya bilərsinizmi?

REPORTYOR.info
[media=http://https://m.youtube.com/watch?v=BIJ5-VWjfvQ]
Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”
Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.