XalqXəbər.Az

“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir - FOTO

yüklənir...
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir - FOTO
21-05-2019, 01:06
yüklənir...

Gənclərin peşəkar inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə təşəbbüsü ilə mayın 18-də keçirilən “Karyera Günü və İş Yarmarkası”nda iştirak edib.

Tədbir boyu ölkənin nüfuzlu şirkətlərinin nümayəndələri ilə bilavasitə ünsiyyət qurmaq imkanı əldə edən 200-dən çox tələbə və məzun, eyni zamanda “Azerfon” MMC-də (“Nar” ticarət nişanı) mövcud vakant iş yerləri haqqında məlumat alıblar. “Nar” satış, xüsusi müştərilər, biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mütəxəssislər tərəfindən aparılan təqdimatlar zamanı gənclərə böyük şirkətlərdə işləməyin üstünlükləri, əmək bazarının real və tələbkar yanları, karyera planlaşdırılması, düzgün rezyume hazırlanması və müsahibə mərhələsinə hazırlıqla bağlı faydalı məlumatlar ötürülüb.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir - FOTO
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir - FOTO

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.