yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur”

“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur”
17-03-2017, 13:58 887 dəfə baxılıb

Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.

Xalqxeber.Az xəbər verir ki, S. Novruzov çıxışında xüsusilə bank faizlərinin həddindən artıq yüksək olmasına etiraz edib: “Yerli kommersiya bankları istehlak kreditləri müıyyənləşdirib. Banklar vətəndaşa 29 faizlə kredit təklif edir. Hansı ki, Mərkəzi Bank onlara 10 faizlə kredit verir. Yaxud, dollarla depoziti isə 3 faizlə götürər, amma krediti ən azı 24 faizlə təklif edir. Mərkəzi Bank bu rəqəmləri ciddi araşdırılmalıdır ki, hansı haqla bank 24 faizlə kredit verir. Burada hansı qazanclar var. Bütün bunlar ölçülüb-biçilməlidir”.

Bundan əlavə, çıxışında struktur islahatları məsələsinə də toxunan millət vəkili qeyd edib ki, Azərbaycanda bu gün 19- 18 nazirlik var: “Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısı regional olmaldıır. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumu regional etdim. Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud, kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur”.

Sonda o qeyd edib ki, axır vaxtlar özəl sektorda insanlar yerli-yersiz ixtisara salınır: “İdarə rəhbəri öz cibinə toxunmur, amma işçinin maaşından çıxır. Əvvəl 500 verirdisə, indi 200 manat maaş verir. Bu özbaşınalıqlar aradan qaldırılmalıdır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ