SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məhkəmə süründürməçiliyinin qarşısının alın... - Müraciət

Məhkəmə süründürməçiliyinin qarşısının alın... - Müraciət

Tarix:

20-05-2019, 11:02

/ 1 036 dəfə oxundu.
Məhkəmə süründürməçiliyinin qarşısının alın... - Müraciət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Göyçay şəhəri, Natəvan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım!

Ailə üzvülərimlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Ölkəmizdə sahibkarlara sizin və möhtərəm prezidentimiz İlham Əliyevin daima diqqəti və qayğısı olub. Xususən son illər biz sahibkarlara olunan diqqət və qayğı dahada artırılıb. Bunu etməklə sizin məqsədiniz ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Təssüfki bu gün ölkəmizdə sahibkarlığın inkişafına ciddi maneçilik törədənlər var. Bəzən sizin təyin etdiyiniz məmurlarda bu sıraya qoşulurlar.Bir sahibkar kimi bu gün mətbuat vasitəsi ilə müraciət edərək sizdən xahiş edirəm belə insanların etdiyi əməllərin qarşısının alınmasında bizə kömək edəsiniz. Qeyd edim ki, bu işlə bağlı mənim sizə ikinci müraciətimdir.

Sahibkarlıq fəaliyyəti üçün Göyçay rayon Potu kənd ərazisindən torpaq sahəsi götürmüşəm. Qanuna müvafiq olaraq aidiyyatı üzrə orqanlardan lazım olan sənədləri alındıqdan sonra layihə əsasında 48,0m x 18,0 m ölçüdə bir mərtəbəli binanın tikintisinə başlanıldı. Binanın normal tikintisi üçün lazım olan materiallar almışam. Eyni zamanda bu binanın tikilməsi üçün tikintiyə rəhbərlik edən Göyçay şəhər Şəhriyar küçəsində yaşayan Məcidov Tahir Soltan oğlunun və ustalara rəhbərlik edən Göyçay rayon Alpoud kənd sakini Cəfərov Ülvi Vaqif oğlunun tələb etdikləri zəhmət haqqlarını ödəmişəm. Lakin binanın tikilməsi zamanı beton dirəklər düzgün tökülmədiyinə görə dam örtüyünün quraşdırılması mümkün olmamışdır.Bunun nəticəsində mənə 36414 (otuz altı min dörd yüz on dörd) manat maddi ziyan dəyib.

Tikinti işlərininin keyfiyyətsiz görülməsi nəticəsində mənə dəymiş bu maddi ziyanın Tahir Məcidovdan və Ülvi Cəfərovdan alınaraq mənə ödənilməsi üçün Göyçay rayon Məhkəməsinə müraciət etdim. Göyçay rayon Məhkəməsi dəymiş bu maddi ziyanın Tahir Məcidovdan alınaraq mənə ödənilməsi barədə qətnamə çıxardı.Mən Göyçay rayon Məhkəməsinin bu qərarından narazı olduğum üçün Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm.Ona görə ki, Göyçay rayon Məhkəməsinin hakim icraatında olan işi tam araşdırmadan, işin hüquqi və faktiki hallarını aydınlaşdırmadan cavabdeh Ülvi Cəfərovun sifarişli söz ifadələrinə əsaslanaraq qətnamə qəbul etmişdir. Ona görə ki, onun mənə vurduğu ziyanlar şahid ifadələri və rəsmi sənədlərlə təsdiqini tapsada Ülvi Cəfərovu bu məsuliyyətdən yayındıraraq mənə dəymiş maddi ziyanın ödənilməsini Tahir Məcidovun üzərinə qoymuşdur. Hakimin özünün təyin etdiyi və keçirilmiş məhkəmə ekspertizası nəticəsində məlum olmuşdur ki, tikinti işlərinin keyfiyyətsiz görülməsi nəticəsində mənə 36414 (otuz altı min dörd yüz on dörd) manat maddi ziyan dəyib.Eyni zamanda məlum olmuşdur ki, tikinti işləri aparılan zaman orda işləyən ustalara Ülvi Cəfərov rəhbərlik edib. Bununlada subut olunur ki, beton dirəklərin keyfiyyətsiz tökülməsinə görə tikintiyə rəhbərlik edən Tahir Məcidovla eyni məsuliyyəti ustalara rəhbərlik edən Ülvi Cəfərovda daşıyıb. Amma nədənsə birinci instansiya məhkəməsinin hakimi apardığı məhkəmə araşdırması zamanı bu halları nəzərə alamayıb. Əksinə Ülvi Cəfərovun verdiyi ifadəsinə əsasəndə ona qarşı olan iddiamı təmijn etməyib. Buda hakim tərəfindən maddi və hüquq prosedurlarının pozulmasına səbəb olmuşdur.

Hörmətli Mehriban xanım!

Bir ildən çoxdur ki, Şəki Apellyasiya Məhkəməsi mənim bu apellyasiya şikayətimi icraata götürüb və hakim İnşallah Quliyevin sədrliyi ilə məhkəmə iclasları keçirilib. Hər dəfə hakim İnşallah Quliyev məhkəmə iclasında müxtəlif bahənələrlə qərarını növbəti məhkəmə iclasına saxlayır. Qeyd edim ki, bu işlə bağlı bir neçə dəfə məhkəmə ekspertizası keçirilib. 21 may 2019-cu il tarixdə Şəki Məhkəmə Kompleksinin apellyasiya məhkəməsinə aid zalında növbəti məhkəmə iclası keçiriləcək.Cavabdehlər Tahir Məcidovla Ülvi Cəfərovun yaxınları mənə mesajlar göndərirlər ki, özünü yorma. Bu məhkəmə çəkişməsinin qərar verilməməsinə və belə uzadılmasında məqsəd Göyçay rayon Məhkəməsinin mənə vürulmuş ziyanın ödənilməsi ilə bağlı verdiyi qərarın tamamilə ləğv olunmasıdır. Ona görədə sizdən xahiş edirəm mənə qarşı olunan məhkəmə süründürməçiliyinin qarşısının alınmasına və Şəki Apellyasiya Məhkəməsinin 21 may 2019-cu il tarixində keçirdiyi iclasda obyektiv və ədalətli qərar verilməsinə köməklik göstərəsiniz.

Şərhlər

XƏBƏR LENTİ