SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanın ünvanlı sosial yardım elektron sistemi Avropanın uğurlu təcrübələrindən biri kimi xüsusi mükafatla təltif edilib

Azərbaycanın ünvanlı sosial yardım elektron sistemi Avropanın uğurlu təcrübələrindən biri kimi xüsusi mükafatla təltif edilib

Tarix:

15-05-2019, 16:12

/ 817 dəfə oxundu.
Azərbaycanın ünvanlı sosial yardım elektron sistemi  Avropanın uğurlu təcrübələrindən biri kimi xüsusi mükafatla təltif edilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə “Yaxşı Təcrübə” müsabiqəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi münsiflər heyətinin yekdil rəyi ilə uğurlu təcrübələrdən biri kimi seçilib.
BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində müsabiqənin nəticələri elan olunmaqla, Azərbaycanın elektron sosial yardım sistemi Təşkilatın “Yaxşı Təcrübə” xüsusi mükafatı ilə təltif edilib.
Vətəndaşlar təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət edə bilirlər. Bu zaman vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi e-sistem vasitəsilə avtomatik şəraitdə yerinə yetirilir. Bu da sosial yardım sistemində şəffaflığın artırılmasına, ünvanlılığın və operativliyin təmin olunmasına imkan verir.
Xatırladaq ki, müsabiqədə 20 ölkədən 76 sosial layihə iştirak edib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ