SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görüldü

Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görüldü

Tarix:

15-05-2019, 16:11

/ 1 198 dəfə oxundu.
Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın “Yaxşı Təcrübə”  xüsusi mükafatına layiq görüldü

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nın xüsusi mükafatına layiq görülüb.
Təşkilatın ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.
Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə, yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ