SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Yeni qanun layihəsi hazırlandı - Uşaqlarla bağlı

Yeni qanun layihəsi hazırlandı - Uşaqlarla bağlı
11-01-2017, 09:57112Oxunub.

 
Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) "Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib.

Bunu Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, artıq sözügedən qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib:

"Uşaq hüquqları haqqında ümumi normalar "Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və s. var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır”.

A.Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı uşaqların zorakılıqdan qorunması məqsədi ilə MM-ə bu konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edib.
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ