SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Taksi sürücülərinə xəbərdarlıq

Taksi sürücülərinə xəbərdarlıq
23-11-2016, 11:33140Oxunub.

"Fərqlənmə nişanı” almadan taksi xidməti ilə məşğul olan şəxslər cəzalandırılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, paytaxın iznibati ərazisində "Fərqlənmə nişanı"nı BNA verir. "Fərqlənmə nişanı” alınması üçün proseduraşağıdakı kimidir:

İlk növbədə sürücünün VÖEN-i olmalıdır (VÖEN Vergilər Nazirliyində və ya ASAN xidmətin vergi bölməsində tək şəxsiyyət vəsiqəsi ilə heç bir ödəniş edilmədən alınır).

Sürücü VÖEN-lə birgə istənilən müvafiq bank şöbəsinə yaxınlaşaraq orda 114321 təsnifat koduna müvafiq 18 AZN dəyərində olan rüsumu ödəyir. Bu zaman göstərilən bank xidmətinə görə əlavə 40 qəpik ödənilməsi də tələb olunur.

Ödənişi təsdiq edən qəbz, VÖEN, texpasport, varsa etibarnamə və yaxud lizinq sənədləri ilə birlikdə sürücü Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinə yaxınlaşır. Orada hec bir məbləğ ödəmədən həmin anda "Fərqlənmə Nişanı" nı əldə edir.

"Fərqlənmə nişanı” almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla nəzərdə tutulan tədbirlər görüləcək.

Taksi sürücülərinə xəbərdarlıq
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ