SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edildi

Sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edildi
22-11-2016, 17:26152Oxunub.

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Quruma istinadən xəbər veririk ki, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücülərı metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ