SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Səlim Müslümovun istefası tələb olunacaq

Səlim Müslümovun istefası tələb olunacaq
15-11-2016, 16:47501Oxunub.

Ağdam rayonunda bu məqsədlə Təşəbbüs Qrupu da yaradılıb

Bir qrup Ağdam rayon sakini prezident İlham Əliyevə müraciət edərək əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun istefasını tələb edəcək. Buna səbəb isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Ağdam rayonundakı yerli idarələrinin məsul şəxslərinin əhaliyə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaqla onları öz haqqları uğrunda və korrupsiyaya qarşı mübarizədən çəkindirmək cəhdlərinin bədnam ənənə halını almasıdır. Rayondan verilən məlumatda deyilir ki, bu təcrübədən artıq qadınlara da qarşı istifadə olunması və bu ozbaşınalığa son qoyulması məqsədilə nazir Səlim Müslümova edilən müraciətlərin cavabsız qalması vətəndaşların səbr kasasını daşırır.

 Cənab Müslümova ünvanlanan müraciətlərin nəticəsiz qalması Ağdam rayon sakinlərində belə bir təəssürat yaradıb ki, ƏƏSMN-nin yerli idarələrinin məsul şəxsləri tərəfindən əhaliyə qarşı çoxsaylı məhkəmə davalarının açılması nazirin iradəsindən kənar baş vermir. Buna görə də rayon sakinlərinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun istefasına nail olmaq məqsədi ilə prezident İlham Əliyevə müraciət edəcəklər. Artıq bu istiqamətdə Təşəbbüs Qrupu da yaradılıb. Yaxın günlərdə Təşəbbüs Qrupunun Səlim Müslümovun istefaya göndərilməsi tələbini özündə əks etdirən petisiyanı ictimaiyyətə açıqlayacağı gözlənilir.

Məlumatla bağlı ƏƏSMN-nin yerli şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu.

Mövzu diqqətimizdədirə

 

xeberinfo.com 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ