SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni ünvanlarda Novruz yarmarkaları açıldı – SİYAHI

Yeni ünvanlarda Novruz yarmarkaları açıldı – SİYAHI

Tarix:

16-03-2017, 13:25

/ 1 508 dəfə oxundu.
Yeni ünvanlarda Novruz yarmarkaları açıldı – SİYAHI

Regionlardan orta bazar qiymətinə satın alınan məhsullar Novruz bayramı münasibəti ilə təşkil edilən yarmarkalara çıxarılıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-dən verilən xəbərə görə, region fermerlərindən tədarük olunaraq paytaxta gətirilən məhsulların həcmi artırılıb.

İndi sakinlərə 100 tondan artıq kənd təsərrüfatı məhsulları təklif olunur.

Bu gündən həmin kənd təsərrüfatı məhsulları paytaxtın bir neçə yerində təşkil edilən yarmarkalara çıxarılıb. Yarmarkalar bu ünvanlarda keçirilir:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;

Xətai rayonu

- Bakı kinoteatrının yanı;

Sumqayıt şəhəri

Köhnə avtovoğzalın ərazisi.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bayram günlərində paytaxt əhalisinin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına çalışacaq.

Şərhlər

XƏBƏR LENTİ