SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU

Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU

Tarix:

16-03-2017, 12:34

/ 1 951 dəfə oxundu.
Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU

Dünən Sumqayıtda yerləşən 38 saylı orta məktəbin həyətində özünü asaraq intihar edən müəllim - Adıgözəlov Sabir Dadaş oğlu təhsil sahəsində, eləcə də idman camiəsində məşhur adam imiş.

O, ölkədə cüdo üzrə əsas mütəxəssislərdən biri hesab olunub.

Sambo üzrə Beynəlxalq dərəcəli idman ustası, Cüdo üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi, bundan başqa, vaxtı ilə qadınlardan ibarət cüdo üzrə ilk paraolimpiya yığmasının məşqçisi olub.

S. Adıgözəlov 21 Sentyabr 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

İdmançının intihar səbəbləri ilə bağlı bir neçə versiya irəli sürülür. Son vaxtlar onun dərin depressiya yaşadığı bildirilir. Buna səbəb kimi isə neçə illər əziyyət çəkib yetişdirdiyi idmançının ondan üz döndərib, başqa məşqçinin yanına getməsi göstərilir.

Məsələnin təfərrüatı ilə bağlı əlavə materialımız olacaq.

BakiPost
Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU
Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU
Dünən intihar edən müəllimlə bağlı ilginc faktlar - Prezidentlə FOTOSU

Şərhlər

XƏBƏR LENTİ