SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

RYTN şefi Səlim Müslümovun yaxın qohumunu işdən çıxardı - Rabitədə yeni dəyişiklik

RYTN şefi Səlim Müslümovun yaxın qohumunu işdən çıxardı - Rabitədə yeni dəyişiklik
11-03-2016, 10:321 085Oxunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ixtisarlar davam edir.

Xalqxeber.Az unikal.org-a istinadən xəbər verir ki, nazir Ramin Quluzadənin əmri ilə Xəzər Rayon Telekommunikasiya Qovşağının rəisi Cavid Həsənov vəzifəsindən kənarlaşdırılıb. Xəbəri Xəzər Rayon Telekommunikasiya Qovşağından da təsdiqləyiblər.

Hazırda Cavid Həsənovdan boşalan vəzifəni baş mühəndis Fərhad Əliyev icra edir.

Mia.az xəbər verir ki, Cavid Həsənov Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumudur.

Onu da bildirək ki, BTRİB-in hazırda həbsdə olab sabiq baş direktoru Beytulla Hüseynov həbsindən bir neçə ay əvvəl Cavid Həsənovu "şiddətli töhmət"lə cəzalandırmışdı. 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ