SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Yeni qanun layihəsi müzakirəyə çıxarılır - İşsizlərə şad xəbər

Yeni qanun layihəsi müzakirəyə çıxarılır - İşsizlərə şad xəbər
12-10-2016, 12:08412Oxunub.

Azərbaycanda "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

Qaynarinfo.Az bildirir ki, bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, yeni qanun layihəsi artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. Daha sonra isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinə daxil olacaq:

"İşsizlərin icbari tibbi sığortasından bəhs edən bu yeni qanun layihəsi artıq Nazirlər Kabinetinə verilib və daha sonra isə müzakirə üçün bizim komitəyə daxil olacaq".

Hadi Rəcəbli "İşsizlik üzrə icbari sığorta haqqında" yeni qanun layihəsinin əsas mahiyyətini və nəyə xidmət edəcəyini də açıqlayıb:

 

"Bu yeni qanun layihəsi müəssisələrdə işəgötürənlər, eyni zamanda dövlət qurumları tərəfindən əmək haqqının 0,5 faizi miqdarında ola bilən sığorta fondları yaradılacaq.

Bu məbləğ yalnız işsizlərə yemək üçün verilməyəcək. Əsas məqsəd o olacaq ki, həmin sığorta fondlarına yığılan pul vəsaitləri yeni iş yerlərinin açılmasına da sərf olunacaq", - deyə komitə sədri bildirib.

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ