SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Nazirlər Kabinetində ixtisarlar başladı - 59 nəfər işsiz qaldı

Nazirlər Kabinetində ixtisarlar başladı - 59 nəfər işsiz qaldı
12-10-2016, 11:59211Oxunub.

Nazirlər Kabineti Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayının 145 nəfərdək azaldılmasına dair qərar qəbul edib 

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

"Qərara əsasən, Azərbaycan prezidentinin "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında”, "Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanlarının icrasını təmin etmək məqsədi Nazirlər KabinetiDövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçilərinin sayını 204-dən 145-dək azaldıb”, – deyə Nazirlər Kabinetindən bildiriblər.

Bununla yanaşı, Xidmətin Mərkəzi Aparatının işçilərinin sayı 75-dən 100-dək artırılıb.

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ