SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Təhsil nazirinə hər şeyi yazmışam" - GİLEY

"Təhsil nazirinə hər şeyi yazmışam" - GİLEY

Tarix:

20-04-2019, 10:16

/ 809 dəfə oxundu.
"Təhsil nazirinə hər şeyi yazmışam" - GİLEY

Mətbuata üz tutan Bakı sakini Rufana Hacıyeva olduqca ağır ittihamlar səsləndirib. Bizimdovr.az olaraq 5 il əvvəl övladı müəmmalı şəkildə intihar edən ananın Baş Prokuror Zakir Qaralov cənablarına ünvanlanmış fəryad dolu müraciətini olduğu kimi təqdim edirik: "Mən dəfələrlə qaynar xəttə müraciət etmişəm, heç bir səs-səmir yoxdur, Nəsimi rayonundakı 164 №-li məktəbin direktoru Kəmalə Qədirova, onunla birlikdə, bildiyini eləyən, özbaşınalıqla məşğul olan müəllimlər işləməyə davam edirlər. 05.02.2014-cü ildə mənim qızım Əliyeva Çinarə Samir qızı: "Rufa, sən yaxşı anasan. Heç nəyi aydınlaşdırma. Sadəcə məni dəfn elə. Bu, hər ehtimala qarşı ölümümdən qabaq yazdığım məktubdur. Bizim sinifdə, məktəbdə türmə qanunlarıdır. Mənim xarakterimlə heç nə alınmayacaq. Həyatına davam et. Emilyaya görə. Çinarə", belə bir məzmunlu məktub yazaraq intihar edib. İşə Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda baxılıb. Qızım ölümqabağı kağız qoyub, sağlam düşüncəylə açıq-aşkar məktəbi ittiham edib. İş bağlandıqdan sonra mən hansısa sənədlərə qol çəkdim. Elə əvvəldən mən hiss elədim ki, məlum olan səbəblərə görə (direktor Qədirova Kəmalənin əri Fərzəli Qədirov Təhsil Nazirliyində şöbə müdiridir), işə lazımi səviyyədə baxılmayacaq. İndi direktor Kəmalə Qədirova və sinif rəhbəri İsmayılova Cəmilə heç nə olmayıbmış kimi işlərini davam edirlər. Belə şey ola bilərmi? Yaşınızı, qanunlara vaqif olmanızı, peşəkarlığınızı nəzərə alaraq düşünürəm Siz yaxşı bilirsiniz ki, əvvəllər bu çür fövqəladə hadisəyə görə azı işdən azad edərdilər. Xahiş edirəm, mənim Sizə müraciətimi kiçik məsələ saymayın. Mənim yerimdə olan valideynlər nə edərdilər? Doğrudanmı Kalaşnikov avtomatıyla girərdilər məktəbə? Sizdən bu işi araşdırmanızı artıq dərəcədə xahiş edirəm.
Əgər bu faktlar kifayət deyilsə, yalnız gözləmək qalır ki, məktəblərdə tualetdə geroin satacaq və zorlayacaqlar. Təhsil Nazirliyi tərəfindən rəsmi qadağaya baxmayaraq məktəblərdə hicabda gəlməyə davam edilir. Özbaşınalıq faktları göz qabağındadır. Mən öz müraciətimdə Təhsil nazirinə hər şeyi yazmışam, amma mənə indiyəcən zəng belə edilməyib. Mən orda baş verənlərin onda birini bildirmişəm.Hər şeydən göründüyü kimi məktəb mafiyası son dərəcədə güclüdür. Bütün qeyd etdiklərimin heç bir sənədə və sübuta belə ehtiyacı yoxdur. Bu özbaşınalıq illərdir ki hamımızın gözü önündədir. Müəllimlərin valideynləri soyub-talaması, məktəb direktorlarına, onların isə nazirliyə rüşvət verməsi heç kimə sirr deyil. Hələ üstəlik büdcə pullarının yeyilməsi və sair. Düşünürəm ki korrupsiya piramidasının şifrəsini açarkən Amerikanı təzədən kəşf eləməmişəm. Müəllimlərin məktəbdə dərs saatı almaq üçün bir neçə min manat xərcləməsi heç kəsə sirr deyil. Bunu alanlar da hamıya yaxşı məlumdur. Bu xərci çıxarmaq üçün onlar uşaqların başına oyun açır və bu pulu valideynlərdən qoparırlar. Bütün bunlar faktlardır, elə-belə sözlər deyil. İndi isə Təhsil Nazirliyində kadr təmizlənməsi getmədən, həmin müəllimlərin, fırıldaqçı, rüşvətxor kadrların maaşı iki dəfə artırılıb. Elə çıxır ki, işə təyin olmaq üçün rüşvət də artacaq. Təbiidir ki, onlar nəyin bahasına olsun öz yerlərində qalmaq üçün hər şey edəcəklər. Direktor Kəmalə Qədirovanın əri Təhsil Nazirliyində işləyir. Yəqin Qədirova bu ÇP-dən sonra buna görə hələ də məktəbdə işləyir. Bu mümkündürmü? Və bu hadisədən sonra neçə il bunlar vəzifələrində qalacaqlar?"
Qarşı tərəfi də dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ