SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kooperasiya Universitetinin kafedra müdiri dələduzluğa məruz qalıb

Kooperasiya Universitetinin kafedra müdiri dələduzluğa məruz qalıb

Tarix:

17-04-2019, 15:48

/ 1 303 dəfə oxundu.
Kooperasiya Universitetinin kafedra müdiri dələduzluğa məruz qalıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Süleyman İbrahimov və Əvəz Babayevin cinayət işi üzrə məhkəmənin prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məhkəmədə elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilməyiblər.
Sonra şahid qismində Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri Fazil Abbasov ifadə verib. O qeyd edib ki, təqsirləndirilən Ə.Babayev ondan birlikdə biznes qurmaq adı altında 80 min manat pul alıb. İşin alınmadığını deyən F. Abbasov bu puldan 29 min 500 manatın qaytarıldığını bildirib.

Prokuror şahidin məhkəmədəkk ifadəsi ilə istintaqa verdiyi ifadə arasında kəskin ziddiyyət olduğunu bildirib. Buna görə F. Abbasovun ibtidai istintaqa verdiyi ifadə elan edilib.

F.Abbasov istintaqa ifadəsində Əç Babayebi 8 ildir tanıdığını bildirib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs Maliyyə Nazirliyində çalışır: "Həmin vaxt Əvəz oğlumla əlaqə saxlayıb, işləyib-işləmədiyini soruşub. Oğlum da işsiz olduğunu deyib. Əvəz Babayev oğlumu Bakıda kolleclərin birinə işə düzəldəcəyi vədi verib. Buna görə Əvəz Babayevə oğlum Anar və qohumum Zöhrabla birlikdə 80 min manat verdik. Sonra iş alınmadığı üçün Əvəz mənə 29 min 500 manatı qaytardı. Qalan məbləği isə vermədi".

Sonra F.Abbasov ifadəni təsdiqləyərək bunun səbəbini açıqlayıb. O qeyd edib ki, pulu iş birliyi üçün verib, lakin sonra həmin pulu geri ala biımədiyi üçün hüquq-mühafizə orqanına məsələni başqa cür danışıb.

Məhkəmə prosesi aprelin 24-də davam etdiriləcək.

İttihama görə, S.İbrahimov və Ə.Bayramov Fazil Abbasovun oğlu Anar Abbasovu Bakı şəhər ərazisində yerləşən kolleclərin birinə rəhbər şəxs təyin edəcəyi vədini verib, ondan 80 min manat pul alıb. Daha sonra onlar verdikləri vədə əməl etməyib və həmin məbləğdən 29 min 500 manatı geri qaytarıb. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, təqsirləndirilən Ə.Babayev Maliyyə Nazirliyinin əməkdaşı olub.

Şərhlər

XƏBƏR LENTİ