SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”

“İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”

Tarix:

17-04-2019, 11:46

/ 3 592 dəfə oxundu.
“İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”

Səməd Sadıqov: “Hər gün dərmana, iynəyə pul lazımdır”

Ölkədə kifayət qədər saxta əlillik statusu alan vətəndaşlar var ki, bu barədə dəfələrlə mətbuatda açıqlanıb. Təbii ki, saxta əlillik dərəcəsi almaq üçün vətəndaşlar həm həkimlərə, həm də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə xeyli vəsait sərf etməli olur. Çünki əhali arasında da deyirlər ki, saxta əlillik almaq üçün 3-5 min manat lazımdır. Maraqlıdır ki, həkimlər və ya DSMF əməkdaşları əlilliyi olmayan şəxslərə pul müqabilində əlillik dərəcəsi verə bilir, amma həqiqətən xəstə, heç bir iş qabiliyyəti olmayan adamlar get-gələ salınır. Bu üzdən də həmin vətəndaşlar səfalət içində yaşamalı olurlar.

Göründüyü kimi, ölkədə məmurların qanunu pozduqları azmış kimi, xəstə vətəndaşlara əlillik dərəcəsi vermədikləri üçün vicdanları da sızlamır ki, heç olmasa bu insanlar öz dərman xərclərini ödəsin, ailələrinə yük olmasınlar. Xəstə, iş qabiliyyəti olmayan vətəndaşa əlillik dərəcəsi vermək istəməyənlərdən biri də Şəki rayon xəstəxanasının baş həkimi Elçin Əmirov və Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə komissiya sədri Şəlalə həkimdir.

“Bakıda 6 saylı xəstəxanada yatmaq üçün Şəlalə həkim özü mənə göndəriş vərəqəsi verib”

Şəki rayon xəstəxanasının baş həkimi Elçin Əmirovdan və Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə komissiya sədri Şəlalə həkimdən şikayət edən Şəki rayonu, Kiçik Dəhnə kənd sakini Sadıqov Səməd Bəxtiyar oğlu “Hürriyyət”ə dedi ki, o, uzun illərdir baş ağrısından əziyyət çəkir: “Mənim başımın ağrısını kəsmək üçün hər gün mənə “Dexalgin”, “Rotafen” iynələri vurulmalıdır. Hər gün məcburam ki, bu iynələri vurduram, yoxsa ağrıya dayanmaq mümkün deyil. Mən iki dəfə Şəki rayon xəstəxansında yatmışam, öz kəndimizdə xəstəxanada yatmışam, sonra Bakıda 6 saylı xəstəxanada yatmışam. Bu xəstəxanda yatmaq üçün Şəlalə həkim mənə “napravleniya” verib. Ondan sonra isə yenə Şəkidə xəstəxanada yatmışam. Özüm də 2 il hərbi xidmət olmasına baxmayaraq, əlavə 1,6 ay Qarabağ ərazisində, Tərtərdə, Ağdərədə, Murovda hərbi xidmədə olmuşam. Mənim canım bu vətən üçün bu hala düşüb, amma vətənimin həkimlərinin, məmurlarının göstərdiyi diqqət budur”.

“Bütün günü başımın ağrısına dözə bilmirəm”

S.Sadıqov onu da qeyd etdi ki, hərbi xidmətdən qayıtdıqdan sonra şəxsi moteskiletilə qəzaya düşüb: “Bundan sonra vəziyyətim daha da pisləşdi, başımda, belimdə ciddi ağrılar əmələ gəldi. İndi isə heç bir iş qabliyyətim yoxdur. Buna baxmayaraq baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür. Axı, mən bütün günü başımın ağrısına dözə bilmirəm, hər gün buna görə iynə vurdururam. Şəki rayon xəstəxansında heç məni müalicə də edə bilmirlər. Özləri də bilir ki, vəziyyətim necədir. Amma, bununla belə, mənə əlillik dərəcəsi də vermirlər. Mənim ailəm, iki uşağım var. Mən bu ağrı ilə heç bir işdə işləyə bilmirəm, nə də ailəmi saxlaya bilmirəm, əksinə hər gün dərmana, iynəyə pul lazımdır. Mən bilmirəm, necə olacaq. Ailədə bir nəfər qoca anam pensiya alır. Pensiya təyin olunsa, heç olmasa öz iynə, dərmanımı ala bilərəm, ailəyə də yük olmaram. Şəlalə həkim və baş həkim Elçin mənim vəziyyətimi bildiyi halda, məni get-gələ salıblar. 2017-ci ildən indiyə kimi məni ələ salıblar, göndərməydikləri apartlar qalmayıb, hamısından keçmişəm, indiyə kimi qohum-əqrabdan 5 min pul xərcləmişəm ki, pensiya alım.

Bunlar mənə maddi ziyanla yanaşı, mənəvi ziyan da vurublar, hazırda intihar vəziyyətinə çatmışam. Dəfələrlə ölkə başçısına, Birinci vitse-prezident Mehriban Əliyevaya da məktub yazmışam ki, mənim xəstəliyimi həkimlər düzgün yoxlasınlar. İndi də yenə bu həkimlərin əlindən president İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eyni zamanda səhiyyə naziri Oktay Şirəliyevə məktub yazmışam. Bunlar məni müayinə edirlər, ancaq mənim başımın ağrıları heç cürə keçmir, heç olmasa mənə pensiya kəsmirlər ki, öz iynə, dərmanımı alım. Mən indi baş həkim Elçindən, komissiya sədri Şəlalə həkimdən şikayətçiyəm. Mən xahiş edirəm, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düzgün yoxlama aparsın, ya mən müayinə eləsinlər, ya da mənə pensiya təyin etsinər, yoxsa mən iynə-dərmanımı ala bilmirəm, intihar edəcəm”

Hurriyyet.org
“İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”
“İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”
“İynə-dərmanımı ala bilmirəm, intihar edəcəm” - “Baş həkim Elçin Əmirov sənədlərə baxmadan qərar verib ki, mənə əlillik düşmür”

Şərhlər

XƏBƏR LENTİ