SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məcburi köçkünlərə ev verilməsində şəffaflıq varmı ? - "İmkanlı adamlara ev verilir"

Məcburi köçkünlərə ev verilməsində şəffaflıq varmı ? - "İmkanlı adamlara ev verilir"

Tarix:

17-04-2019, 11:39

/ 1 591 dəfə oxundu.
Məcburi köçkünlərə ev verilməsində şəffaflıq varmı ? - "İmkanlı adamlara ev verilir"

Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, 1288-ci məhəllə ünvanında yerləşən, “Binəqədi Təmir Tikinti” ASC-nin inzibati binasında məskunlaşan bir qrup məcburi köçkün Prezident Admistrasiyasının önünə toplanıb. Onlar məcburi köçkünlərə paylanan evlərin bölgüsünün ədalətli aparılmamasına etiraz edib.
Adı çəkilən ərazidə yaşayan 22 ailə şəraitsizlikdən və laqeydsizlikdən gileylənib. Məcburi köçkünlər bildiriblər ki, ötən ilin dekabrında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbulunda olublar. O zaman onlara deyilib ki, ilk mərhələdə evlə təmin olunacaqlar. Lakin Kürdəxanı qəsəbəsində paylanan ev bölgüsündən kənarda qalıblar. Elə həmin günün səhəri yenidən müraciət edəndə onlara bildirilib ki, ev yoxdur, növbəti mərhələni gözləsinlər. Hər dəfə növbəti mərhələni gözləmək isə sakinlərdə ümidsizlik yaradıb. “Bizə deyirlər, hər şey şəffaflıqla aparılır. Budurmu, şəffaflıq? İmkanlı adamlara ev verilir. Qapıları qıfıllı qalır. Aldıqları evləri kirayə verirlər. Amma bizim kimi yazıqlar şəraitsizlikdən əziyyət çəkirik. Uşaqlarımız xəstəliyə düçar olur”,- deyə məcburi köçkünlər bildirib.
Sonda Prezident Admistrasiyasının önünə toplaşan məcburi köçkünlər prezidentdən kömək istəyib. Onların da dərdinə əlac olunmasını tələb ediblər.

Şərhlər

XƏBƏR LENTİ