SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu xidmətin elektronlaşmasına kim mane olur? - 50 minə satılan nömrələr...

Bu xidmətin elektronlaşmasına kim mane olur? - 50 minə satılan nömrələr...

Tarix:

16-04-2019, 17:43

/ 939 dəfə oxundu.
Bu xidmətin elektronlaşmasına kim mane olur? - 50 minə satılan nömrələr...

Azərbaycanda bir sıra xidmətlər elektronlaşsa da, bu yenilik korrupsiya ilə bağlı daha çox şikayətlərin olduğu avtomobillərin dövlət qeydiyyatına alınması xidmətinə şamil edilmir.

“Yeni Sabah” xəbər verir ki, ekspert Osman Gündüz bu xidmətin də elektronlaşması təşəbbüsü ilə çıxış edib. O, qeyd edib ki, bu xidmətin məzmununa, səlahiyyətli qurumun (DİN) texniki-texnoloji imkanlarına baxanda görmək olar ki, indiki anda onun elektronlaşması elə də ciddi problem deyil: “Düşünürəm ki DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin bu xidməti elektrona çevirməsi doğru və faydalı olar.

Bu xidmət həm dövlət qeydiyyat nişanın verilməsini və nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin verilməsini nəzərdə tutur.
Xidmətin həyata keçirilməsində istifadə edilən “Giriş-çıxış və qeydiyyat" sistemi və DYP-nin "Mərkəzi İnformasiya Sistemi" də bu qurumun özünə məxsusudur.

Əgər ehtiyac olarsa yetərincə inkişaf edən DGK-nın və eGov Mərkəzinin informasiya sistemlərinə də inteqrasiyanın problem yaradacağını düşünmürəm”.

O. Gündüzün sözlərinə görə, sirr deyil ki, avtomobillərin dövlət qeydiyyat nişanların rəsmi dövlət rüsumu ilə bazar qiymətləri arasında kəskin var: “Bəzən eşidirik ki hansısa bir avtomobil nömrəsi 50 000 manata da satılıb. Düşünürəm ki, adı çəkilən xidmətin elektronlaşması prosesində avtomobillərin qedyiyyat nişanlarının da şəffaf və auksion formasında satış sistemini qurmaq faydalı olardı. Bununla da fantastik rüsumlar dövlət büdcəsinə yönləndirilə bilər.
Ümid edirəm DİN və eGov Mərkəzi tezliklə bu ictimai əhəmiyyət kəsb edən xidməti elektronlaşdıracaq”.

Şərhlər

XƏBƏR LENTİ