SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Körpələr evlərində və uşaq sığınacağında nöqsanlar aşkarlanıb

Körpələr evlərində və uşaq sığınacağında nöqsanlar aşkarlanıb

Tarix:

16-04-2019, 15:12

/ 1 118 dəfə oxundu.
Körpələr evlərində və uşaq sığınacağında nöqsanlar aşkarlanıb

Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığı əsasında Təhsil, Səhiyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri İcra hakimiyyətinin əməkdaşlarından ibarət monitorinq qrupu tərəfindən 1 saylı körpələr evi, Azərbaycan Uşaqlar Birliyi QHT-nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində, 60 saylı körpələr evi – uşaq bağçasında monitorinqlər keçirib.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb

Qeyd edilib ki, monitorinq qrupu tərəfindən siyahı üzrə müəyyən edilmiş dövlət uşaq müəssisələrinə baxış zamanı uşaqların saxlanılması, tərbiyəsi, qidalanması vəziyyəti, onların inteqrasiyası və reabilitasiyası, həmçinin müəssisənin mövcud vəziyyəti qiymətləndirilib, aşkar edilən nöqsanlar, eləcə də müəssisələrin inkişafı ilə bağlı tövsiyələr protokollaşdırılıb.

Şərhlər

XƏBƏR LENTİ