SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident AAYDA-ya 3 milyon ayırdı

Prezident AAYDA-ya 3 milyon ayırdı

Tarix:

15-04-2019, 19:04

/ 814 dəfə oxundu.
Prezident AAYDA-ya 3 milyon ayırdı

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ