SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "WHETSTONE RESIDENCE” GÖRƏ YÜZLƏRLƏ ŞAGİRDİN HƏYATI TƏHLÜKƏDƏDİR

"WHETSTONE RESIDENCE” GÖRƏ YÜZLƏRLƏ ŞAGİRDİN HƏYATI TƏHLÜKƏDƏDİR

Tarix:

12-04-2019, 17:57

/ 866 dəfə oxundu.
"WHETSTONE RESIDENCE” GÖRƏ YÜZLƏRLƏ ŞAGİRDİN HƏYATI TƏHLÜKƏDƏDİR

Paytaxtın az qala hər nöqtəsində inşaata rast gəlmək mümkündür. Əslində inşaatların çoxluğu iş yerlərinin çoxalmasıdıdır. Lakin bəzi tikinti şirkətləri vətəndaşlara problemlər yaradır.
“WHETSTONE RESIDENCE” inşaat şirkəti 202 saylı orta məktəbə bitişik ərazilərdə yerləşir. Həmin inşaata cəlb olunan ağır texnika və kranlar şagirdlərin həyatına təhlükə yaradır. Təəssüf ki, dəfələrlə şirkətə bu barədə şikayət edilsədə heç bir tədbir görmürlər.

Əməkdaşımıza Bakı şəhəri Alı Mustafayev adına 202№li tam məktəbin direktor müavini Ağamoğlan Maqsudov bildirib ki, məsələdən xəbərdardırlar. Direktor müavini qeyd edib ki, şirkətə təhlükə ilə bağlı şikayyət olunsada hələ ki, təhlükəsizlik tədbirləri görülməyib.

Məktəbin direktoru Arzu Süleymanovanın açıqlaması isə məktəb direktorundan çox tikinti şirkətinin müdafiəçisinə bənzədi. Direktor müavininin fikirlərinin əksinə olaraq bildirib ki, şirkətdən heç bir narazlıq yoxdur. Əməkdaşımız Arzu xanıma şagirdlərin həyatının təhlükədə olduğunu bildirsədə direktor birşey olmaz narahat olmayın deyə fikrini tamamlayıb.

Əfsus ki, bir sıra iş adamlarının pula hərisliyi vətəndaşlarda daima təəssüf hissi yaradır. “WHETSTONE RESIDENCE” qanunvericiliyin tələblərini pozması onu göstərir ki, tikinti şirkətinin arxasında güclü bir adam dayanıb. Ona görə də “WHETSTONE RESIDENCE” şagirdlərin həyatına olan təhlükə ilə bağlı fəaliyyətlərində heç bir dönüş yoxdur.

İnterPress.az

Şərhlər

XƏBƏR LENTİ