SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DOST Agentliyinə könüllülərin seçimi keçirilib

DOST Agentliyinə könüllülərin seçimi keçirilib

Tarix:

12-04-2019, 17:09

/ 911 dəfə oxundu.
DOST Agentliyinə könüllülərin seçimi keçirilib

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib.
Bu sahədə işlər nazirlik və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair 2018-ci il 28 avqust tarixində imzalanmış Memorandum əsasında aparılır. ASAN Könüllülük Məktəbinin “Master 2” proqramı çərçivəsində DOST Agentliyində təcrübə keçəcək könüllülərin seçimi keçirilib.
Müsahibədə iştirak edən namizədlərin şəxsi keyfiyyətləri və müxtəlif sahələr üzrə bilik və bacarıqları qiymətləndirilib və onların sırasından təcrübə keçmək üçün 20 nəfər seçilib.
“DOST könüllüləri” tezliklə fəaliyyətə başlayacaq. “DOST” Mərkəzində göstərilən xidmətlərdən yararlanmaq üçün müraciət edən vətəndaşlara prosedurları və qaydaları başa salacaq, onlara ərizə və anketlərin yazılmasında yardım edəcəklər.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ