SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətainin Bakıdakı heykəlini ziyarət edənlər: 100 manat cərimə verəcək - VİDEO

Xətainin Bakıdakı heykəlini ziyarət edənlər: 100 manat cərimə verəcək - VİDEO

Tarix:

14-03-2017, 15:01

/ 2 022 dəfə oxundu.
Xətainin Bakıdakı heykəlini ziyarət edənlər: 100 manat cərimə verəcək - VİDEO

Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da bundan əziyyət çəkənlər də az olmayacaq. Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək. Heykəl heç bir yerə köçürülməsə də, ona yaxınlaşmaq da tamamilə məhdudlaşdırılıb.

Əməkdaşımız sözügedən ərazidə olub.

Məlum olub ki, böyük tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunla nəzərdə tutulduğu kimi 100 AZN cərimə olunacaqlar.
Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ