XalqXəbər.Az

“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

yüklənir...
“ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
18-01-2017, 12:14
yüklənir...

Həftə sonu vətəndaş müraciətlərinin böyük əksəriyyətinin günün birinci yarısında olmasını nəzərə alaraq “ASAN xidmət” mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Xidmətdən verilən məlumata görə, bu dəyişiklik mərkəzlərdə xidmətin optimallaşdırılması məqsədi daşıyır, eyni zamanda profilaktik işlərin görülməsi zərurəti ilə əlaqədardır.

Belə ki, bundan sonra “ASAN xidmət” mərkəzləri həftənin bazar günü saat 10.00-dan 14.00-dək vətəndaşlara xidmət göstərəcək, “ASAN Kommunal” mərkəzində isə bazar günü qeyri-iş günü olacaq.

Vətəndaşlar ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.