SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qaçaq dərmanlar ölkəyə Gömrük Komitəsinin razılığıyla gətirilir”

“Qaçaq dərmanlar ölkəyə Gömrük Komitəsinin razılığıyla gətirilir”

Tarix:

13-03-2017, 21:18

/ 1 802 dəfə oxundu.
“Qaçaq dərmanlar ölkəyə Gömrük Komitəsinin razılığıyla gətirilir”

Fevralın 24-də saytımızda “DİN, DGK və Səhiyyə Nazirliyinin hərəkərsizliyi vətəndaşların qaçaq dərmanlarla zəhərlənməsinə gətirib çıxarır” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə 2016-cı ildə 800-dən çox insanın dərman zəhərlənməsiylə bağlı xəstəxanaya müraciət etməsindən söz açan Səhiyyə Nazirliyinin məlumatı yer almışdı.
Yazıda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan da sitat gətirilirdi ki, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsilə bağlı yalnış siyasət yeridildiyinə görə, ölkəyə qaçaq yolla keyfiyyətsiz preparatlar yol tapıb. E.Hüseynov qeyd edib ki, o, ölkəyə qaçaq dərmanlar gətirilməsini təşkil edən şəxsin adı və soyadını da müəyyən edə bilib.
“Biz onun deposunun yerini müəyyən edərək. Səhiyyə Nazirliyinə, habelə, DİN-ə və Gömrük Komitəsinə məlumat verdik. Lakin bu qaçaqmalçı barəsində bir tədbir görülmədi”, – deyə E.Hüseynov vurğuladı.
Martın 11-də DİN-dən bildirildi ki, Mərdəkan qəsəbəsi sakini Elman Rəhimov dərman vasitəsindən zəhərlənib: “E.Rəhimov xəstəxanada dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.
Biz öyrənmək istədik, ölkəyə gətirilən dərmanların keyfiyyətinə kim nəzarət edir? Transfiziologiya və Hematologiya İnstitutunun direktoru Azad Hacıyev bildirib ki, Səhiyyə Nazirliyində dərmanlara nəzarətlə bağlı analitik laboratoriyalar mövcuddur.
“Bəs onda keyfiyyətsiz dərmanlar ölkəyə necə yol tapır”, – deyə jurnalistimiz soruşdu. “Bilmirəm… Mən bu məsələlərlə məşğul olmuram”, – deyə A.Hacıyev bildirdi.
“Bu gün mən öz “Facebook” səhifəmdə bir informasiya yerləşdirmişdim: Mən 20 gün əvvəl Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və Səhiyyə Nazirliyinə məktub yazaraq, ölkəyə qaçaq dərman gətirən şirkətin təsisçisinin ad-soyadını açıqlamışdım”, – deyə Eyyub Hüseynob bildirdi.
O qeyd etdi ki, martın 10-da DİN-dən məktub alıb və həmin məktubda bildirilir ki, Azərbaycana keyfiyyətsiz dərman gətirən şirkətin təsisçisi həbs olunub.
“Lakin Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bizə cavab yazmağa da lüzum görmədilər. Bizim araşdırmalar onu deməyə əsas verir ki, bizim dərman bazrında yetərincə keyfiyyətsiz və qaçaq yolla gətirilmiş dərmanlar var. Hətta narkotik kimi istifadə olunan dərman vasitələrinə də rast gəlmək olar. Düşünürəm ki, gömrük əməkdaşlarının razılığı olmadan, ölkəyə qaçaq dərman gətirmək qeyri-mümkündür”, – deyə E.Hüseynov vurğuladı.

LEGION

Şərhlər

XƏBƏR LENTİ