SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Bakıda Səlim Müslümova etiraz edən aksiyaçılar yolu bağladı - VİDEOLAR

Bakıda Səlim Müslümova etiraz edən aksiyaçılar yolu bağladı - VİDEOLAR
18-04-2016, 16:42377Oxunub.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası önündə 100 nəfərdən artıq vətəndaş aksiya keçirib. Hurriyyet.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, nazir Səlim Müslümovun qəbuluna düşmək istəyən etirazçılar, onlara qanunsuz olaraq sosial yardım verilməməsindən şikayətçidirlər. Məlumata əsasən, nazirliyin rəsmiləri Səlim Müslümovun yerində olmadığını bildirərək, polisin gücü ilə aksiyaçıları ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Buna etiraz edən vətəndaşlar nazirliyin qarşısındakı avtomobil yolunu bağlayıblar. Lakin polisin müdaxiləsi ilə qısa zamanda yolda avtomobillərin məneəsiz hərəkəti təmin olunub.
Hazırda aksiya davam edir. Hadisə yerindən çəkilmiş foto və videoları təqdim edirik: 

Bakıda Səlim Müslümova etiraz edən aksiyaçılar yolu bağladı
Bakıda Səlim Müslümova etiraz edən aksiyaçılar yolu bağladı

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ