XalqXəbər.Az

Oqtay Şirəliyevdən Avropa Liqasının final oyunu barədə - ƏMR

yüklənir...
Oqtay Şirəliyevdən Avropa Liqasının final oyunu barədə - ƏMR
11-03-2019, 14:09
yüklənir...

Səhiyyə naziri Oqtay Şirəliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun tibbi təminatı barədə əmr imzalayıb.

Bununla bağlı Səhiyyə Nazirliyindən məlumat verilib.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyinin təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.