SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda türkiyəli cərrah vətəndaşın burnunu səhv əməliyyat etdi — Polisə şikayət olundu

Bakıda türkiyəli cərrah vətəndaşın burnunu səhv əməliyyat etdi — Polisə şikayət olundu

Tarix:

4-03-2019, 00:37

/ 1 137 dəfə oxundu.
Bakıda türkiyəli cərrah vətəndaşın burnunu səhv əməliyyat etdi — Polisə şikayət olundu

Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib.

ONA-nın məlumatına görə, 33 yaşlı Eldar Qasımov polisə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ildə "İstanbul NS” klinikasında türkiyəli plastik-estetik cərrah Sebaheddin Kandal onun burnunu əməliyyat edib. Əməliyyatın müqabilində 2000 manat ödəyib. Lakin sonradan E. Qasımovun burnu əyilib və fəsadlar əmələ gəlib.
"İstanbul NS” klinikasından ONA-ya bildirilib ki, vətəndaş Eldar Qasımov məlum məsələ ilə bağlı onlara da şikayət ünvanlayıb. Lakin şikayətçi dəfələrlə görüşə çağırılsa da, klinikaya gəlməkdən imtina edib.

Şərhlər

XƏBƏR LENTİ